Gənc oğlan 15 yaşlı qızı qaçırdı, polis hərəkətə keçdi
Sabirabadın Cavad kəndində noyabrın 19-da rayonun 17 yaşlı oğlanın 15 yaşlı qızı qaçırması ilə bağlı polisə müraciət daxil olub.Məlumata görə, 2011-ci il təvəllüdlü qızın atası onun 2009-cu il təvəllüdlü oğlan tərəfindən evlənmək məqsədilə aparılması ilə bağlı polisə müraciət edib. Hazırda yeniyetmələrin tapılması istiqamətində axtarış tədbirləri görülür. Faktla bağlı araşdırma aparılır.
url:
http://kepezfm.az/xeberler/g%C9%99nc-o%C4%9Flan-15-ya%C5%9Fl%C4%B1-q%C4%B1z%C4%B1-qa%C3%A7%C4%B1rd%C4%B1-polis-h%C9%99r%C9%99k%C9%99t%C9%99-ke%C3%A7di

