"Gəncə"nin voleybolçusu Ukrayna millisinə dəvət alıb
"Gəncə"nin voleybolçusu Olena Napalkova Millətlər Liqası və Avropa çempionatının oyunları üçün Ukrayna millisinə dəvət alıb. Millətlər Liqasının ilk həftəsi Kanadada təşkil olunacaq. İyunun 3–7-də Ukrayna millisi ABŞ, Almaniya, Yaponiya və Fransa ilə qarşılaşacaq.Avropa çempionatında isə B qrupunda yer alan Ukrayna yığması avqustun 21–27-də Çexiyada mübarizə aparacaq.
url:
http://kepezfm.az/xeberler/g%C9%99nc%C9%99nin-voleybol%C3%A7usu-ukrayna-millisin%C9%99-d%C9%99v%C9%99t-al%C4%B1b

