Gəncənin mədəni irsinin qorunmasına həsr olunmuş forum keçirilib
Gəncədə Nizami Gəncəvinin 885 illik yubileyinə həsr olunmuş “Gəncənin mədəni irsinin qorunması – gənclərin gözü ilə” adlı forum keçirilib.Mədəni İrsin Qorunması, Bərpası və İnkişafı üzrə Dövlət Xidmətinin dəstəyi, Nizami Gəncəvi Muzeyinin təşkilatçılığı ilə keçirilən tədbirdə müxtəlif dövlət qurumlarının nümayəndələri və gənclər iştirak ediblər.Forumda Gəncənin tarixi-mədəni irsinin qorunması, gənclərin bu sahədə rolu və təşəbbüslərinin dəstəklənməsi müzakirə olunub. Tədbirdə rəqs kompozisiyaları nümayiş etdirilib, fəal gənclər təltif olunublar.
url:
http://kepezfm.az/xeberler/g%C9%99nc%C9%99nin-m%C9%99d%C9%99ni-irsinin-qorunmas%C4%B1na-h%C9%99sr-olunmu%C5%9F-forum-ke%C3%A7irilib

