Gəncəli şahmatçı yarışın ilk görüşünə buraxılmadı
Azərbaycanın kişi və qadın şahmat yığmaları bu gün Özbəkistanın Səmərqənd şəhərində keçirilən Ümumdünya Şahmat Olimpiadasında ilk oyunlarına çıxacaqlar. İlk turda kişi komandamız Mərakeş, qadın yığmamız isə Qvatemala ilə qarşılaşacaq. Hər iki komanda reytinqdə 7-ci yerdədir.Olimpiadanın favoritlərinə ilk turda, reytinq baxımından daha zəif rəqiblər düşdüyündən hər iki komandamızın liderləri - Şəhriyar Məmmədyarov və Ülviyyə Fətəliyevanı qarşılaşmalara çıxarılmayıb.
url:
http://kepezfm.az/xeberler/g%C9%99nc%C9%99li-%C5%9Fahmat%C3%A7%C4%B1-yar%C4%B1%C5%9F%C4%B1n-ilk-g%C3%B6r%C3%BC%C5%9F%C3%BCn%C9%99-burax%C4%B1lmad%C4%B1

