Gəncədə Zəfər Gününə həsr olunan yarış start götürüb
Azərbaycan Texnologiya Universitetində basketbol birinciliyinə start verilib. Zəfər Gününə həsr olunan yarışda ali və orta ixtisas təhsili müəssisələrinin tələbələrindən ibarət 4 komanda iştirak edir. Oyunlar dairəvi sistemlə keçirilir. Birinciliyin nəticələrinə əsasən, ali təhsil müəssisələri arasında baş tutacaq Respublika Çempionatında iştirak edəcək tələbə basketbolçular müəyyən ediləcək.
url:
http://kepezfm.az/xeberler/g%C9%99nc%C9%99d%C9%99-z%C9%99f%C9%99r-g%C3%BCn%C3%BCn%C9%99-h%C9%99sr-olunan-yar%C4%B1%C5%9F-start-g%C3%B6t%C3%BCr%C3%BCb