Gəncədə və Biləsuvarda bıçaqlanma olub
Biləsuvarda 2003-ci il təvəllüdlü Kənan Rəhimlini və 2006-ci il təvəllüdlü Tərlan Şahbazovu bıçaqlamaqda şübhəli bilinən 24 yaşlı Səyyad Qəmbəri saxlanılıb.Gəncənin Məhsəti qəsəbəsində 2012-ci il təvəllüdlü yeniyetmə oğlan bıçaqlanma diaqnozu ilə xəstəxanaya yerləşdirilib.Hadisənin hansı şəraitdə baş verdiyi məlum deyil.Gəncədə digər bıçaqlanma kütləvi dava zamanı baş verib. 2003-cü il təvəllüdlü İ.Məmmədov bıçaq xəsarəti ilə, 2012-ci il təvəllüdlü yeniyetmə qız, 1984-cü il təvəllüdlü S.Hüseynova və 1985-ci il təvəllüdlü A.İsmayılova isə müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya yerləşdirilib.İlkin versiyaya görə, hadisə ailələr arasında qız qaçırmaq cəhdi zamanı baş verən mübahisə nəticəsində yaranıb və kütləvi davaya çevrilib.
url:
http://kepezfm.az/xeberler/g%C9%99nc%C9%99d%C9%99-v%C9%99-bil%C9%99suvarda-b%C4%B1%C3%A7aqlanma-olub

