Gəncədə MDB ölkələrinin Bədən Tərbiyəsi və İdman Şurasının iclası keçirilib
Gəncədə "MDB-nin iştirakçısı olan dövlətlərin bədən tərbiyəsi və idman sahəsində əməkdaşlığı haqqında Saziş" iştirakçılarının Bədən Tərbiyəsi və İdman Şurasının iclası keçirilib. İclasda 2025-ci ildə III MDB Oyunları çərçivəsində Gəncədə keçirilən yarışlar, seminarlar və iclaslar barədə məlumat verilib. Həmçinin iştirakçı ölkələrin hesabatları dinlənilib, növbəti MDB Oyunlarının keçirilməsi və digər məsələlər müzakirə olunub.
url:
http://kepezfm.az/xeberler/g%C9%99nc%C9%99d%C9%99-mdb-%C3%B6lk%C9%99l%C9%99rinin-b%C9%99d%C9%99n-t%C9%99rbiy%C9%99si-v%C9%99-idman-%C5%9Furas%C4%B1n%C4%B1n-iclas%C4%B1-ke%C3%A7irilib