Gəncədə kişi boşanmaq istəyən arvadını bıçaqlayıb
Gəncədə xəsarətlərlə xəstəxanaya yerləşdirilən qadının bıçaqlanma səbəbi və hadisənin bəzi təfərrüatları məlum olub. 1990-cı il təvəllüdlü Aygün İsmayılovaya ailə münaqişəsi zəminində kəsici alətlə xəsarət yetirən şəxsin onun həyat yoldaşı, Gədəbəy rayon sakini, 40 yaşlı R.Novruzov olduğu ehtimal edilir. İlkin versiyaya əsasən, hadisəyə qadının həyat yoldaşından boşanmaq istəməsi səbəb olub. Faktla bağlı araşdırma aparılır.
url:
http://kepezfm.az/xeberler/g%C9%99nc%C9%99d%C9%99-ki%C5%9Fi-bo%C5%9Fanmaq-ist%C9%99y%C9%99n-arvad%C4%B1n%C4%B1-b%C4%B1%C3%A7aqlay%C4%B1b

