Gəncədə kişi arvadını armaturla döydü
Gəncə şəhərində qadın küt alətlə döyülüb. Hadisə 1987-ci il təvəllüdlü İlahə Məmmədovanın həyat yoldaşından boşanmaq istədiyini bildirdiyinə görə baş verib. Qadın baş nahiyəsindən kəsilmiş-deşilmiş xəsarətlər alıb və xəstəxanaya yerləşdirilib. Polis əməkdaşları şəxsin saxlanılması istiqamətində tədbirləri davam etdirir.
url:
http://kepezfm.az/xeberler/g%C9%99nc%C9%99d%C9%99-ki%C5%9Fi-arvad%C4%B1n%C4%B1-armaturla-d%C3%B6yd%C3%BC