Gəncədə keçirilən UEFA C kateqoriyalı məşqçi kursunun II mərhələsi başa çatıb
AFFA və "Kəpəz" klubunun birgə təşkilatçılığı ilə Gəncədə keçirilən UEFA C kateqoriyalı məşqçi kursunun II mərhələsi başa çatıb. 4 gün çəkən məşğələlərə təlimatçılar Xanlar Əliyev və Vitali Kovalyov rəhbərlik ediblər. Kursun III mərhələsi noyabrın 18-dən 21-dək, dördüncü mərhələsi isə dekabrın 15-dən 20-dək baş tutacaq.
url:
http://kepezfm.az/xeberler/g%C9%99nc%C9%99d%C9%99-ke%C3%A7iril%C9%99n-uefa-c-kateqoriyal%C4%B1-m%C9%99%C5%9Fq%C3%A7i-kursunun-ii-m%C9%99rh%C9%99l%C9%99si-ba%C5%9F-%C3%A7at%C4%B1b

