Gəncədə iki piyadavurma hadisəsi baş verib
Gəncədə Azərbaycan bayrağı küçəsində hərəkətdə olan "QAZ 3110" markalı minik maşını yolu keçmək istəyən orta yaşlı qadını vurub. Piyada xəstəxanaya yerləşdirilib, vəziyyətinin orta ağır olduğu bildirilir.
Digər hadisə isə şəhərin Mirzə Abbas Abbaszadə küçəsində baş verib. 1986-ci il təvəllüdlü K.Quliyeva yolu keçən zaman avtomobil onu vurub. Qadın xəstəxanaya yerləşdirilib.
Faktlarla bağlı araşdırmalar aparılır.
url:
http://kepezfm.az/xeberler/g%C9%99nc%C9%99d%C9%99-iki-piyadavurma-hadis%C9%99si-ba%C5%9F-verib

