Gəncədə iki avtomobil toqquşub, xəsarət alanlar var
Gəncənin 28 May küçəsində "Audi" və VAZ-2107 markalı avtomobillərin toqquşması nəticəsində 1997-ci il təvəllüdlü Ruzi Mustafayev, 1990-cı il təvəllüd Seymur Qurbanov və 1986-cı il təvəllüd Xəyal Məmmədov xəsarət alıblar.Onlardan birinin vəziyyətinin ağır olduğu bildirilib.Faktla bağlı araşdırma başlanılıb.
url:
http://kepezfm.az/xeberler/g%C9%99nc%C9%99d%C9%99-iki-avtomobil-toqqu%C5%9Fub-x%C9%99sar%C9%99t-alanlar-var

