Gəncədə III MDB Oyunlarının bağlanış mərasimi keçirilib

Azərbaycanın ilk dəfə ev sahibliyi etdiyi III MDB Oyunları dünən Gəncədə möhtəşəm bağlanış mərasimi ilə yekunlaşıb. Tədbir Gəncə Stadionunda təşkil olunub və bədii hissə ilə başlayıb. Yarışların ümumi videoçarxı nümayiş etdirilib, ardından Təşkilat Komitəsinin sədri Samir Şərifov Oyunların uğurla başa çatdığını bildirib. Qeyd edək ki, yarışa 13 ölkədən 1 624 idmançı və 2 337 nümayəndə qatılıb. Turnirdə Azərbaycanı 340 idmançı təmsil edib. İdmançılarımız 184 medal — 33 qızıl, 56 gümüş və 95 bürünc qazanaraq ümumi sıralamada ikinci olublar. Birinci yeri Rusiya, üçüncü yeri isə Belarus tutub. Bu nəticə ilə Azərbaycan MDB Oyunları tarixində öz ən yüksək göstəricisinə imza atıb.

url: 
http://kepezfm.az/xeberler/g%C9%99nc%C9%99d%C9%99-iii-mdb-oyunlar%C4%B1n%C4%B1n-ba%C4%9Flan%C4%B1%C5%9F-m%C9%99rasimi-ke%C3%A7irilib
KƏPƏZFM
Dinlə, Hiss et, Arzula!
Canlı Yayım
Səsin gücü
Digər
KƏPƏZFM
Sayta keçid
İndi Yayımda:
...
...
Playlist Tam playlist
Digər
Əsas Yayım
KƏPƏZFM
Dinlə, Hiss et, Arzula!
Əsas Yayım
TOP 20
KƏPƏZFM / TOP 20
Dinlə, Hiss et, Arzula!
TOP 20
Milli 20-lik
KƏPƏZFM / Milli 20-lik
Dinlə, Hiss et, Arzula!
Milli 20-lik