Gəncədə eşidilən partlayış səsləri ilə bağlı açıqlama verilib
Gəncədə eşidilən partlayış səslərinin səbəbi bəlli oldu.Müdafiə Nazirliyindən bildirilib ki, Azərbaycan Ordusunun bölmələri tərəfindən partlamamış və istifadəyə yararsız döyüş sursatlarının təhlükəsizlik tədbirlərinə əməl olunmaqla planlı şəkildə utilizasiyası davam etdirilir.Döyüş sursatlarının zərərsizləşdirilməsi prosesi noyabrın 19-dan dekabrın 20-dək Azərbaycan Ordusunun Seyfəli təlim poliqonunda həyata keçiriləcək.Müdafiə Nazirliyi əhalini eşidilən partlayış səsləri ilə bağlı təşvişə düşməməyə çağırıb və narahatlığa heç bir əsas olmadığını bildirib.
url:
http://kepezfm.az/xeberler/g%C9%99nc%C9%99d%C9%99-e%C5%9Fidil%C9%99n-partlay%C4%B1%C5%9F-s%C9%99sl%C9%99ri-il%C9%99-ba%C4%9Fl%C4%B1-a%C3%A7%C4%B1qlama-verilib

