Gəncədə amputant futbolçular arasında yoldaşlıq oyunu keçirilib
Gəncədə işğaldan azad olunmuş ərazilərdə mina və partlamamış hərbi sursat təhlükəsi ilə bağlı maarifləndirmə tədbiri keçirilib.Tədbirdə çıxış edənlər futbolun imkanlarından istifadə etməklə mina təhlükəsi barədə məlumatlılığın artırılmasının, minadan zərər çəkmiş şəxslərin cəmiyyətə inteqrasiyasının və sosial fəallığının dəstəklənməsinin vacibliyini vurğulayıblar. Eyni zamanda, amputant futbolunun inkişafı və əlilliyi olan şəxslərin idmana cəlb edilməsi məsələlərinə diqqət çəkilib.Proqram çərçivəsində “Şəhərsalma və Memarlıq İli”nə həsr olunmuş QHT-lərin IV Əməkdaşlıq Forumu çərçivəsində amputant futbolçular arasında yoldaşlıq oyunu da keçirilib.
url:
http://kepezfm.az/xeberler/g%C9%99nc%C9%99d%C9%99-amputant-futbol%C3%A7ular-aras%C4%B1nda-yolda%C5%9Fl%C4%B1q-oyunu-ke%C3%A7irilib

