Gəncədə əlilliyi olan şəxslərin əl işlərindən ibarət satış-sərgi təşkil edilib
Gəncədə əlilliyi olan şəxslərin əl işlərindən ibarət satış-sərgi keçirilib. Tədbir Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin təşkilatçılığı ilə baş tutub. Sərgidə dulusçuluq, xalçaçılıq, rəssamlıq, toxuculuq, dərzilik və digər sahələrə aid əl işləri, suvenirlər və dekorativ əşyalar nümayiş etdirilib.“Şəhərsalma və Memarlıq İli” çərçivəsində təşkil olunan sərginin məqsədi əlilliyi olan şəxslərin yaradıcılıq imkanlarını tanıtmaq, sosial inteqrasiyasına və məşğulluğuna dəstək göstərməkdir.
url:
http://kepezfm.az/xeberler/g%C9%99nc%C9%99d%C9%99-%C9%99lilliyi-olan-%C5%9F%C9%99xsl%C9%99rin-%C9%99l-i%C5%9Fl%C9%99rind%C9%99n-ibar%C9%99t-sat%C4%B1%C5%9F-s%C9%99rgi-t%C9%99%C5%9Fkil-edilib

