Gəncə yaşlı əhalinin sayına görə ölkədə ikinci yerdədir
Azərbaycanda 2026-cı il yanvarın 1-nə olan məlumata əsasən, yaşı 65 və yuxarı olan şəxslərin sayı 1 milyon 86 min 340 nəfər təşkil edir.Gəncə bu yaş qrupuna daxil olan əhalinin sayına görə ölkədə ikinci şəhərdir - 39 min 934 nəfər yaşayır. Ən az yaşlı əhalinin qeydə alındığı rayon isə Daşkəsəndir. Burada 2 min 956 nəfər yaşlı var.Qazax-Tovuz iqtisadi rayonunda bu yaş qrupuna aid əhalinin sayı 71 min 725 nəfər təşkil edir və region bu göstərici ilə ilk beşlikdə yer alır.Gəncə-Daşkəsən iqtisadi rayonunda isə 65 və daha yuxarı yaşlı vətəndaşların sayı 68 min 134 nəfərdir.
url:
http://kepezfm.az/xeberler/g%C9%99nc%C9%99-ya%C5%9Fl%C4%B1-%C9%99halinin-say%C4%B1na-g%C3%B6r%C9%99-%C3%B6lk%C9%99d%C9%99-ikinci-yerd%C9%99dir

