Gəncə universitetləri vahid rəqəmsal ekosistemə qoşulub
Azərbaycanın 20 ali təhsil müəssisəsi mərhələli şəkildə “Microsoft”un lisenziyalı rəqəmsal alətləri ilə təmin olunur.Elm və Təhsil Nazirliyinin məlumatına görə, Gəncə Dövlət Universiteti və Azərbaycan Texnologiya Universiteti artıq sistemə qoşulub və bütün texniki işlər yekunlaşdırılıb.Layihə çərçivəsində “Microsoft Copilot” kimi süni intellekt əsaslı alətlər tədris prosesində müəllimlərə dərs planlarının hazırlanması, materialların yaradılması və qiymətləndirmə işlərində dəstək verəcək.Bu addım ali təhsildə rəqəmsal transformasiyanın gücləndirilməsinə və tədrisin keyfiyyətinin artırılmasına xidmət edir.
url:
http://kepezfm.az/xeberler/g%C9%99nc%C9%99-universitetl%C9%99ri-vahid-r%C9%99q%C9%99msal-ekosistem%C9%99-qo%C5%9Fulub

