Gəncə region birincliyinə ev sahibliyi edəcək
Gəncədə bədii gimnastika üzrə Açıq region birinciliyi keçiriləcək. Azərbaycan Gimnastika Federasiyası məlumat yayıb ki, yarış Gəncə Olimpiya İdman Kompleksində noyabrın 20-də start götürəcək. Birincilikdə müxtəlif yaş kateqoriyalarını təmsil edən gimnastlar mübarizə aparacaqlar. Turnirə noyabrın 21-də yekun vurulacaq.
url:
http://kepezfm.az/xeberler/g%C9%99nc%C9%99-region-birincliyin%C9%99-ev-sahibliyi-ed%C9%99c%C9%99k

