Gəncə-Daşkəsən iqtisadi rayonu üzrə elektron tematik xəritələr hazırlanır
Elm və Təhsil Nazirliyinin Coğrafiya İnstitutu Gəncə–Daşkəsən iqtisadi rayonu üzrə elektron tematik xəritələr hazırlayır.Bu məqsədlə institutun mütəxəssisləri Gəncə şəhəri və Daşkəsən rayonunda çöl tədqiqatları aparıblar. Araşdırmalar xəritə materiallarının real şəraitə uyğunluğunu qiymətləndirməyə imkan verib.Əldə olunan nəticələr elektron tematik xəritələrin dəqiqliyini və aktuallığını artıracaq. Yeni xəritələrin regionun sosial-iqtisadi inkişafının, təbii resurslardan istifadənin və nəqliyyat infrastrukturunun planlaşdırılmasında mühüm informasiya mənbəyi kimi istifadə olunacağı gözlənilir.
url:
http://kepezfm.az/xeberler/g%C9%99nc%C9%99-da%C5%9Fk%C9%99s%C9%99n-iqtisadi-rayonu-%C3%BCzr%C9%99-elektron-tematik-x%C9%99rit%C9%99l%C9%99r-haz%C4%B1rlan%C4%B1r

