"Gəncə" basketbol komandası Türkiyə təmsilçisinə uduzub
“Gəncə” basketbol klubu FIBA Avropa Kubokunun müntəzəm mövsümünün altıncı turunda növbəti məğlubiyyətini alıb. Təmsilçimiz Gəncə İdman Sarayında Türkiyənin “Esenler Erokspor” komandasına uduzub. “Gəncə”nin baş məşqçisi Murad Dikmən bildirib ki, komanda azarkeşlərə daha yaxşı oyun göstərmək istəyib. O, zədəli basketbolçuların çoxluğu və qısa heyətlə çıxış etməyin nəticələrə təsir etdiyini vurğulayıb. Baş məşqçi zədəlilərin sıraya dönməsindən sonra komandanın daha yaxşı nəticələr əldə edəcəyinə ümid etdiyini bildirib.
url:
http://kepezfm.az/xeberler/g%C9%99nc%C9%99-basketbol-komandas%C4%B1-t%C3%BCrkiy%C9%99-t%C9%99msil%C3%A7isin%C9%99-uduzub

