Gəncə Avropa çempionatına ev sahibliyi edəcək
Gəncədə 9-16 noyabr tarixlərində ilk dəfə Aerobika gimnastikası üzrə Avropa çempionatı keçiriləcək. 17 ölkədən ən güclü gimnastlar ölkəmizə toplaşaraq kubok uğrunda mübarizə aparacaqlar. Gəncə İdman Sarayında keçiriləcək yarışlarda 9-11 noyabr tarixlərində yeniyetmələr və 15 yaşadək idmançılar arasında, 14-16 noyabr tarixlərində isə böyüklər arasında çempionatlar keçiriləcək.
url:
http://kepezfm.az/xeberler/g%C9%99nc%C9%99-avropa-%C3%A7empionat%C4%B1na-ev-sahibliyi-ed%C9%99c%C9%99k

