Gəmi qəzasına görə saxlanılan 3 Azərbaycan vətəndaşının həbs müddəti yenə uzadılıb
Şimali Kiprdə gəmi qəzası ilə bağlı saxlanılan 3 Azərbaycan vətəndaşı - Rəşad İbrahimov, Qədir Quliyev və Valeh Hümbətovun həbs müddəti növbəti dəfə 7 gün uzadılıb.Növbəti məhkəmə prosesi oktyabrın 23-də baş tutacaq.Xatırladaq ki, avqustun 30-da Şimali Kiprin Girne sahillərində gəmi qəzaya uğrayıb, 239 nəfər xilas olunub. Ölənlərin sayı 26-ya çatıb, itkin düşmüş daha bir sərnişinin isə axtarışı davam edir. Hadisə ilə bağlı üçü Azərbaycan vətəndaşı olmaqla 9 nəfər saxlanılıb.
url:
http://kepezfm.az/xeberler/g%C9%99mi-q%C9%99zas%C4%B1na-g%C3%B6r%C9%99-saxlan%C4%B1lan-3-az%C9%99rbaycan-v%C9%99t%C9%99nda%C5%9F%C4%B1n%C4%B1n-h%C9%99bs-m%C3%BCdd%C9%99ti-yen%C9%99-uzad%C4%B1l%C4%B1b

