Gürcüstanda Azərbaycanla bağlı dezinformasiya yayan jurnalist həbs edildi
Gürcüstanın “Asaval-Dasavali” qəzetinin jurnalisti Domenti Çubinidze vətənə xəyanət ittihamı ilə həbs edilib.Gürcüstan Baş Prokurorluğunun məlumatına görə, jurnalist Baş nazir İrakli Kobaxidzenin Keşikçidağ monastır kompleksinin bir hissəsini gizli şəkildə Azərbaycana verməsi barədə dezinformasiya yayıb. İstintaq bu iddiaları təkzib edib. Qeyd edək ki, Keşikçidağ kompleksi Azərbaycan-Gürcüstan sərhədinin yaxınlığında yerləşir və iki ölkə arasında sərhədin delimitasiyası məsələsində həssas mövzulardan biri hesab olunur.
url:
http://kepezfm.az/xeberler/g%C3%BCrc%C3%BCstanda-az%C9%99rbaycanla-ba%C4%9Fl%C4%B1-dezinformasiya-yayan-jurnalist-h%C9%99bs-edildi

