Günay qayda pozdu - Sükanı buraxıb selfi çəkdi

Günay qayda pozdu - Sükanı buraxıb selfi çəkdi

Müğənni Günay İbrahimli yol hərəkəti qaydalarını kobud şəkildə pozan məhşurların sırasına keçib.

Bunu təsdiq edən edən videonu müğənni öz "Instagram" səhifəsində paylaşıb. Rəfiqəsi tərəfindən çəkilən videonu Günay özü sosial şəbəkədə yayıb və on minlərlə selfi çəkib, yalnız birini seçdiyini qeyd edib.

Videodan da göründüyü kimi, Günay İbrahimli sükan arxasında mobil telefon əldə saxlamaqla ondan istifadə edir, selfi çəkdirir və diqqəti sükanda yox, çəkdiyi şəkillərdədir.

Bununla o, 50 manatlıq qayda pozur. Bundan əlavə, xanım müğənni avtomobili idarə edərkən əllərini sükandan çəkir. Bu isə 40 manat cərimə deməkdir. Üstəlik, Günay İbrahimli sükan arxasında təhlükəsizlik kəmərini bağlamayıb. Bu da 40 manatlıq cərimədir. Və nəhayət, Günay İbrahimli sükan arxasında diqqəti yayındıran söhbətə qoşulub.

Yəni, onun diqqəti yolda və sükanda yox, rəfiqəsində və çəkdiyi fotolardadır. Bu da 40 manatlıq qayda pozuntusu sayılır. Bütövlükdə, Günay İbrahimli bu videoda 170 manatlıq qayda pozuntusuna yol verib.

Qeyd edək ki, videoya şərh yazanların əksəriyyəti Günayın bu hərəkətinin təhlükəli olduğunu qeyd ediblər.

Ayşən Zeynallı

KƏPƏZFM
Dinlə, Hiss et, Arzula!
Canlı Yayım
Səsin gücü
Digər
KƏPƏZFM
Sayta keçid
İndi Yayımda:
...
...
Playlist Tam playlist
Digər
Əsas Yayım
KƏPƏZFM
Dinlə, Hiss et, Arzula!
Əsas Yayım
TOP 40
KƏPƏZFM / TOP 40
Dinlə, Hiss et, Arzula!
TOP 40
AZERI TOP 10
KƏPƏZFM / Milli 10-luq
Dinlə, Hiss et, Arzula!
Milli 10-luq