Günay İbrahimli illərdir küsülü olduğu həmkarı ilə barışıb
Şou-biznesin daha iki üzvü arasındakı gərginlik sona çatıb. Bir-birinə söz atan, qalmaqal yaşayan Günay İbrahimli ilə İradə İbrahimova münasibətlərini normallaşdırıb. Hətta, Günay ötən gün İradənin "Yaşananlar" mahnısını instaqramda paylaşaraq onun adını "tag" edib. Gənc ifaçı İbrahimovaya öpüş və ürək smayliki göndərib.Xatırladaq ki, iki sənətçi arasında soyuqluq uzun illərdir davam edirdi.
Nurlana Abdullayeva
2019-06-28 16:02