Günay: "Dayılarımla danışmıram"

Günay: "Dayılarımla danışmıram"

"Dayımın uşaqlarını yolda görsəm, tanımaram".

Bu sözləri müğənni Günay İbrahimli verilişdə qonaq olarkən söyləyib. Sevilən ifaçı müğənnilik sənətini seçdiyi üçün qohumları ilə problemlər yaşadığını bildirib:

"9 ildən çoxdur ki, bu sənətdəyəm. Bu sənəti seçdiyimə görə, illərdir ki, dayılarımla küsülüyəm. Valideynlərim musiqiçi olduğu üçün məni dəstəkləyiblər, bu sənəti seçməyimə icazə veriblər. İcazə verməsəydilər, mən bu sahədə olmazdım. Dayılarım, qohumlarım gileyləndilər. Amma uzaq qohumlar evə zəng etməyə başlayıblar artıq. Ata-anama deyirdilər ki, niyə qızının müğənni olmasına icazə vermisiniz? Müğənnilərin adı çıxıb çünki. Halbuki, başqa sahələrdə elə hadisələr olur ki, mən onları gözümlə görmüşəm, amma insanlar efirdə onları görmürlər. Müğənnilərimizi qınamasınlar. Hər bir sahədə pis insanlar ola bilər. Dayılarımla münasibətimiz çox soyuyub. Bir dayım var ki, onunla mənim yaş fərqimiz azdır. Onun uşaqları olub, artıq, onların 2-3 yaşı olar, amma mən o uşaqları yolda görsəm, tanımaram".

Ayşən Zeynallı