Günayın ailəsində ağır itki

Günayın ailəsində ağır itki

Türkiyədə yaşayan azərbaycanlı model Günay Musayevanın ailəsində ağır itki baş verib.

Model xalasının dünyasını dəyişdiyini bildirib.

G.Musayeva 40 gün bundan əvvəl rəhmətə gedən xalası ilə bağlı təəssüratlarını bölüşüb:

“Ruhun şad olsun. Ölümündən bir neçə gün əvvəl məni və Cahangiri gülərüzü ilə yola saldı. Xəstə yatağında belə üzü gülürdü. Səni hər zaman belə xatırlayacağam. Uşaqlıqda geyinməyi, rəqs etməyi, kitab oxumağın faydalarını, hər şeyi səndən öyrəndim. Qəlbimin təmiz olması da sənə oxşayır. Özü psixoloq idi, amma mənim və iki qardaşımın jurnalist olmasını istəyirdi. Arzun gerçəkləşdi, sən niyə tez bizi tərk etdin? Son illər sənə çox vaxt ayıra bilmədiyim üçün üzr istəyirəm. Mən də bağışlayan biri olmağı səndən öyrəndim. Məkanın cənnət olsun”.

Ayşən Zeynallı