Gözlənilən küləkli hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edilib
Fövqəladə Hallar Nazirliyi güclü külək və qeyri-sabit hava ilə bağlı əhaliyə xəbərdarlıq edib. Vətəndaşlara yüngül tikililərdən, reklam lövhələrindən və hündür ağaclardan uzaq durmaq, elektrik xətlərinə yaxınlaşmamaq tövsiyə olunur. İldırım zamanı isə elektrik cihazlarını şəbəkədən ayırmaq və açıq havada telefon istifadəsindən çəkinmək vacibdir. Milli Hidrometeorologiya Xidməti yaxın günlərdə güclü külək, yağış və sel olacağını bildirir.
url:
http://kepezfm.az/xeberler/g%C3%B6zl%C9%99nil%C9%99n-k%C3%BCl%C9%99kli-hava-%C5%9F%C9%99raiti-il%C9%99-%C9%99laq%C9%99dar-%C9%99haliy%C9%99-m%C3%BCraci%C9%99t-edilib

