Göygöldə "Qərbi Azərbaycan irsi - tarixi köklərə qayıdış" festivalı keçirilib
Göygölün Yeni Zod kəndində yerləşən “Xan Yurdu” etnoqəsəbəsində “Qərbi Azərbaycan irsi – tarixi köklərə qayıdış” festivalı keçirilib.Qərbi Azərbaycan İcması və Göygöl Rayon İcra Hakimiyyətinin birgə təşkil etdiyi tədbirin məqsədi Qərbi Azərbaycanın zəngin tarixi-mədəni irsinin, milli-mənəvi dəyərlərinin və yurd yaddaşının yaşadılmasıdır.Festival çərçivəsində Qərbi Azərbaycanın müxtəlif mahallarını əks etdirən guşələr, foto və rəsm sərgiləri, kitablar və əl işləri nümayiş olunub. İştirakçılar həmçinin “İrəvan” İdman Klubunun idmançılarının çıxışlarını izləyiblər.Festival “Yurdun səsi” adlı konsert proqramı ilə başa çatıb.
url:
http://kepezfm.az/xeberler/g%C3%B6yg%C3%B6ld%C9%99-q%C9%99rbi-az%C9%99rbaycan-irsi-tarixi-k%C3%B6kl%C9%99r%C9%99-qay%C4%B1d%C4%B1%C5%9F-festival%C4%B1-ke%C3%A7irilib

