Göygöldə məktəbdə kütləvi zəhərlənmə baş verib
Göygöldə orta C.Verdiyev adına Aşıqlı kənd tam orta məktəbində 10-a yaxın aşağı sinif şagirdi özünü pis hiss edib. Şagirdlər xəstəxanaya çatdırılıb, onlara tibbi yardım göstərilib. İlkin ehtimala görə, zəhərlənməyə məktəbdə qəbul olunan qida səbəb olub.Faktla bağlı araşdırma aparılır.
url:
http://kepezfm.az/xeberler/g%C3%B6yg%C3%B6ld%C9%99-m%C9%99kt%C9%99bd%C9%99-k%C3%BCtl%C9%99vi-z%C9%99h%C9%99rl%C9%99nm%C9%99-ba%C5%9F-verib

