Göygöldə “Azərbaycanda alman memarlığı” fotosərgisi keçirilib
Göygöl şəhərindəki Müqəddəs İohan lüteran alman kilsəsində “Şəhərsalma və Memarlıq İli” çərçivəsində “Azərbaycanda alman memarlığı” mövzusunda fotosərgi təşkil olunub. Sərgidə Göygöldəki alman memarlıq abidələri və tarixi evlərin fotoları nümayiş olunub, bu irsin memarlıq xüsusiyyətləri və tarixi əhəmiyyəti barədə məlumat verilib. Tədbir iştirakçıları həmçinin sonuncu alman sakin Viktor Klaynın ev-muzeyini ziyarət edərək bölgədə yaşamış alman icmasının mədəni irsi ilə tanış olublar. Musiqi məktəbi şagirdlərinin çıxışları da proqramda yer alıb.
url:
http://kepezfm.az/xeberler/g%C3%B6yg%C3%B6ld%C9%99-%E2%80%9Caz%C9%99rbaycanda-alman-memarl%C4%B1%C4%9F%C4%B1%E2%80%9D-fotos%C9%99rgisi-ke%C3%A7irilib

