Göyçə gölünün quruma təhlükəsi artır
Ermənistanda su çatışmazlığı ilə bağlı xəbərdarlıq edilir.“Sudan İstifadə Sahəsində Mütəxəssislər” İctimai Birliyinin sədri Amin Məmmədov bildirib ki, Dünya Bankının hesabatında Ermənistanın su çatışmazlığı yaşadığı qeyd olunur.O, deyib ki, Ararat vadisində yeraltı sulardan həddindən artıq istifadə, eləcə də Göyçə gölündən su götürülməsi gölün quruması təhlükəsini artırır.Məmmədovun sözlərinə görə, Ermənistandakı transsərhəd çayların çirkləndirilməsi Azərbaycana da təsir edir.
url:
http://kepezfm.az/xeberler/g%C3%B6y%C3%A7%C9%99-g%C3%B6l%C3%BCn%C3%BCn-quruma-t%C9%99hl%C3%BCk%C9%99si-art%C4%B1r

