Futbol üzrə Azərbaycan Kubokunun 2026/2027 mövsümünün püşkü atılıb
Futbol üzrə Azərbaycan Kubokunun 2026/2027 mövsümünün püşkatma mərasimi keçirilib. Təsnifat mərhələlərində qarşılaşacaq cütlüklər müəyyənləşib.Birinci təsnifat mərhələsinin oyunları oktyabrın 7-si və 8-də keçiriləcək.İkinci təsnifat mərhələsində isə “Kəpəz” “Baku Sportinq”lə, “Qəbələ” “Mingəçevir”lə, “Şimal” “Araz-Naxçıvan”la, “Səbail” isə “Zirə” ilə qarşılaşacaq. Bu mərhələnin oyunları oktyabrın 27-dən 29-dək keçiriləcək.Azərbaycan Kubokunda ümumilikdə 34 komanda iştirak edir. Kubokun final qarşılaşması gələn il mayın 12-də Gəncə stadionunda keçiriləcək.
url:
http://kepezfm.az/xeberler/futbol-%C3%BCzr%C9%99-az%C9%99rbaycan-kubokunun-20262027-m%C3%B6vs%C3%BCm%C3%BCn%C3%BCn-p%C3%BC%C5%9Fk%C3%BC-at%C4%B1l%C4%B1b

