Türkiyə Böyük Millət Məclisinin Xarici əlaqələr komitəsinin sədri Fuat Oktay Türkiyə–Ermənistan münasibətlərinin normallaşmasının Azərbaycan–Ermənistan münasibətlərinin normallaşması ilə birbaşa bağlı olduğunu bildirib."Zəngəzur dəhlizi Türk dünyasında əlaqələri gücləndirəcək"-sədr qeyd edib.Sədr sabah qeyd olunacaq Xocalı faciəsinin ildönümü ilə bağlı da açıqlama verib ki, bu kimi qətliamları unutmaq olmaz. O qeyd edib ki, vaxtilə türklərə qarşı qətliamlar törədənlərin sonradan əks təbliğat aparması və bəzi ölkə parlamentlərində qərarlar qəbul etdirməsi qəbuledilməzdir. Oktay xüsusilə Fransanı bu məsələdə ön sırada göstərib.

