Firuzə İbadova nəvəsinə müəllimlik edəcək

Firuzə İbadova nəvəsinə müəllimlik edəcək

Əməkdar artist Firuzə İbadova nəvəsi Hökuməyə müəllimlik edəcək. O bu haqda danışıb:

"Dekabr ayının 1-dən etibarən Kukla Teatrının nəzdində olan "Oyuq" uşaq teatrında pedaqoq kimi çalışmağa başlamışam. Musiqi fənnini uşaqlara tədris edəcəyəm. Nəvəm Hökumə də bu teatrda çalışır. Balaca olsa da, çox istedadlı uşaqdır. Əslində qızım istəmirdi nəvəm bu sənətlə məşğul olsun. Qızım "Oyuq" uşaq teatrının rəhbəri Səidə Haqverdiyevanın məsləhətinə qulaq asıb, deyib ki, Hökumə sizin balanızdır, məsləhətdirsə, sınasın özünü. Bu istedadı uşağın içində boğmaq olmaz. Səidə xanımın bu məsləhətindən sonra Hülya razılaşdı və Hökumə müsabiqədən keçib teatrda fəaliyyətə başladı. Özünü baş rollarda sınayacaq. "Oyuq" teatrında yalnız istedadlı uşaqlar müsabiqə yolu ilə keçib çalışırlar. Bildiyiniz kimi, mənim bacım da, uşaqların "Tıq-tıq xanım"ı, "Göyçək Fatma"sı Rəhilə İbadova da bu teatrda çalışır. İnanıram ki, çox gözəl bir işlə məşğuluq".

Ayşən Zeynallı

KƏPƏZFM
Dinlə, Hiss et, Arzula!
Canlı Yayım
Səsin gücü
Digər
KƏPƏZFM
Sayta keçid
İndi Yayımda:
...
...
Playlist Tam playlist
Digər
Əsas Yayım
KƏPƏZFM
Dinlə, Hiss et, Arzula!
Əsas Yayım
TOP 40
KƏPƏZFM / TOP 40
Dinlə, Hiss et, Arzula!
TOP 40
AZERI TOP 10
KƏPƏZFM / Milli 10-luq
Dinlə, Hiss et, Arzula!
Milli 10-luq