FİFA təhlükəsizlik məqsədilə dünya çempionatında plastik butulkaları qadağan edib
FİFA dünya çempionatı oyunları zamanı azarkeşlərin stadionlara plastik butulka gətirməsini qadağan edib. Qurumun yaydığı məlumata görə, qərar oyunçuların və tamaşaçıların təhlükəsizliyini təmin etmək məqsədi daşıyır. Bildirilib ki, mundial zamanı stadionlarda satılan qablaşdırılmış suyun qiyməti münasib olacaq.Qeyd edək ki, iyunun 11-dən iyulun 19-dək ABŞ, Kanada və Meksikada keçiriləcək DÇ-2026-ya 48 komanda qatılacaq.
url:
http://kepezfm.az/xeberler/fifa-t%C9%99hl%C3%BCk%C9%99sizlik-m%C9%99qs%C9%99dil%C9%99-d%C3%BCnya-%C3%A7empionat%C4%B1nda-plastik-butulkalar%C4%B1-qada%C4%9F-edib

