FIFA danışılmış oyunlar barədə anonim bildiriş üçün xüsusi platforma yaradıb
FIFA danışılmış oyunlarla mübarizə məqsədilə anonim məlumatvermə platforması yaradıb. Yeni sistem vasitəsilə futbolçular və hakimlər mümkün oyun manipulyasiyaları, təhqir və təhdidlər barədə elektron poçt, SMS və xüsusi onlayn forma ilə məlumat verə biləcəklər. FIFA müraciət edənlərin məxfiliyinin qorunacağına zəmanət verir. Yeni platforma qurumun bayrağı altında keçirilən bütün turnirləri əhatə edəcək.
url:
http://kepezfm.az/xeberler/fifa-dan%C4%B1%C5%9F%C4%B1lm%C4%B1%C5%9F-oyunlar-bar%C9%99d%C9%99-anonim-bildiri%C5%9F-%C3%BC%C3%A7%C3%BCn-x%C3%BCsusi-platforma-yarad%C4%B1b

