FHN Gəncədə şəhid övladları üçün "Açıq qapı" günü keçirib
Fövqəladə Hallar Nazirliyi Gəncədə 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə şəhid övladları üçün “Açıq qapı” günü təşkil edib.Tədbirdə şəhid ailələrinin üzvləri, FHN əməkdaşları və ictimaiyyət nümayəndələri iştirak ediblər. Tədbir çərçivəsində uşaqlara xilasedici və yanğınsöndürmə texnikaları təqdim edilib, FHN əməkdaşlarının gündəlik fəaliyyəti barədə məlumat verilib. Uşaqların iştirakı ilə keçirilən təlimlər isə böyük maraqla qarşılanıb.
url:
http://kepezfm.az/xeberler/fhn-g%C9%99nc%C9%99d%C9%99-%C5%9F%C9%99hid-%C3%B6vladlar%C4%B1-%C3%BC%C3%A7%C3%BCn-a%C3%A7%C4%B1q-qap%C4%B1-g%C3%BCn%C3%BC-ke%C3%A7irib

