FHN azyaşlı uşaqlı valideynlərə çağırış edib
Fövqəladə Hallar Nazirliyi valideynləri azyaşlı uşaqları nəzarətsiz qoymamağa çağırıb. Nazirliyin məlumatına görə, son 15 gün ərzində “112” qaynar xəttinə daxil olan müraciətlər əsasında 32 uşaq xilas edilərək ailə üzvlərinə və ya yaxınlarına təhvil verilib. Təhlillər göstərir ki, belə hallar əsasən uşaqların valideyn nəzarətindən kənarda qalması və mənzildə tək qoyulması nəticəsində baş verir. FHN elektrik və qaz cihazları, açıq pəncərələr, eyvanlar və digər təhlükə mənbələrinin uşaqların həyatı üçün ciddi risk yaratdığını xatırladıb.
url:
http://kepezfm.az/xeberler/fhn-azya%C5%9Fl%C4%B1-u%C5%9Faql%C4%B1-valideynl%C9%99r%C9%99-%C3%A7a%C4%9F%C4%B1r%C4%B1%C5%9F-edib

