Federasiya prezidenti: "Su idman növləri üzrə peşəkar kadrlarımız azdır"
Azərbaycanda su idman növlərinin ənənələri çox zəngin olmayıb, peşəkar kadrlar azdır. Bunu Azərbaycan Üzgüçülük Federasiyasının (ASF) prezidenti Zaur Əliyev deyib. Bu boşluğun aradan qaldırılması üçün federasiya əcnəbi mütəxəssisləri cəlb edib. O qeyd edib ki, “Silk Road Tour” Dünya Kubokunun Bakı mərhələsi oktyabrın 1–3-də Su İdmanı Sarayında keçiriləcək. Zaur Əliyev vurğulayıb ki, federasiyada struktur islahatları aparılıb, milli komandalar gücləndirilib və su idman növlərinin kütləviliyinin artırılması əsas hədəflərdən biridir.
url:
http://kepezfm.az/xeberler/federasiya-prezidenti-su-idman-n%C3%B6vl%C9%99ri-%C3%BCzr%C9%99-pe%C5%9F%C9%99kar-kadrlar%C4%B1m%C4%B1z-azd%C4%B1r

