Canlı
Faytonçu Nazim səhhətindən danışdı: “Onlar pul xərcləyirlər, mən isə…”

Faytonçu Nazim səhhətindən danışdı: “Onlar pul xərcləyirlər, mən isə…”

Müğənni Nazim Pişiyari tədbirlərdən birinə qatılıb. Uzun müddət xəstəlikdən əziyyət çəkən ifaçı sənətinə geri döndüyünü bildirib:
“Nadir Əzimovdan silsilə mahnılar götürmüşəm. Onların üzərində aranjiman işləri gedir. Hətta bəziləri artıq hazırdır. Sadəcə oxumağım qalıb. Eyni zamanda da bir klip və iki videoçarx çəkdirmək fikrim var”. İfaçı konsert proqramı ilə çıxış edəcəyini bildirib: “Solo konsert proqramı ilə çıxış etmək fikrim var. Yer hələ tam müəyyənləşməyib. Çünki yeni ildən konsert məkanlarının arendası üçün yeni qiymətlər təyin olunacaq. Onu gözləyirik. Ümid edirəm ki, tamaşaçılara və pərəstişkarlarıma yaxşı konsert təqdim edə biləcəyəm”. N.Pişiyari xəstə olduğu zaman ona dəstək olanlara təşəkkür edib: “Hər kəsə çox minnətdarlığımı bildirirəm. Xəstə olduğum zaman məni dəstəklədilər. Mənə yaşamaq eşqini bəxş etdilər.Buna görə də hazırda ayaqüstəyəm. Sözün düzü, mənim videolarıma heç vaxt 150 min baxış və 500-ə yaxın rəy yazılmamışdı. İlk dəfə görəndə şok oldum. Çünki belə bir diqqəti heç vaxt hiss etməmişdim. Bu, məni kövrəltdi. Qarşılarında baş əyirəm”. Müğənni səhhətindən də danışıb: “Hazırda hər şey normalıdır. Cəmiyyət içinə dönmüşəm. Müalicəm də bitib. Sadəcə olaraq artıq çəkilərim gedib. İnsanlar arıqlamaq üçün pul xərcləyirlər. Məndə isə belə oldu”.

2017-12-06 / 18:34