Faiq "Barışmaq istəyənə qucağım açıqdır" dedi

Faiq "Barışmaq istəyənə qucağım açıqdır" dedi

Xalq artisti Faiq Ağayev verilişlərdən birində qonaq olub.

Müğənni aparıcının illərlə küsülü olduğu xalq artisti Zülfiyyə Xanbabayeva, Brilliant Dadaşova və əməkdar artist Abbas Bağırovla bağlı suallarına münasibət bildirib.

O, "Abbas Bağırovla niyə küsülüsünüz" sualına belə cavab verib:

"Adını çəkdiyiniz müğənni və digərləri ilə bağlı mənə də müəmmalı olan məqamlar var. Səbəbini özüm də bilmirəm. Onun ünvanına nə pis sözüm və də hərəkətim olub. Yolu açıq, tədbirləri bol olsun. Zülfiyyə Xanbabayeva ilə küsülülüyümüz uzun müddət əvvəl başlayıb. Bir neçə dəfə efirdə də dedim ki, barışmaq istəyənə qucağım açıqdır, amma səmimi olsun.

Brilliant Dadaşovaya gəldikdə isə... Canı sağ, balası xoşbəxt olsun. Danışmaq istəsələr, buyursunlar".

Ayşən Zeynallı