Ev sahibinin gödəkçəsini geyinib hadisə yerindən qaçan oğru tutulub
Bakının Nərimanov rayonunda evlərin birindən ümumi dəyəri 70 min manat olan qızıl-zinət əşyalarını oğurlamaqda şübhəli bilinən 35 yaşlı Elgüc Məmmədov saxlanılıb.Araşdırmalar zamanı məlum olub ki, o, zərərçəkənlərin evdə olmadığını öyrəndikdən sonra mənzilə daxil olub. E.Məmmədov oğurluq edəndən sonra isə diqqət çəkməmək üçün ev sahibinə məxsus gödəkçəni geyinərək hadisə yerindən uzaqlaşıb.Araşdırma aparılır.
url:
http://kepezfm.az/xeberler/ev-sahibinin-g%C3%B6d%C9%99k%C3%A7%C9%99sini-geyinib-hadis%C9%99-yerind%C9%99n-qa%C3%A7an-o%C4%9Fru-tutulub

