Etibarnamə alıb-verənlərin nəzərinə! - Yeni qayda qüvvəyə minir
İyunun 16-dan avtomobil sığortası ilə bağlı yeni qaydalar qüvvəyə minəcək. Yeni sistemə əsasən, avtomobili idarə etmək hüququ olan bütün şəxslərin sığorta tarixçəsi nəzərə alınacaq. Bu isə o deməkdir ki, etibarnamə verilən sürücülərdən biri qəza törədibsə, sığorta haqqı arta bilər. Dəyişikliklərə görə, qəza törədən şəxslərin sığorta haqqına hər hadisə üçün əlavə 30 faiz tətbiq ediləcək. Həmçinin avtomobili idarə etmək hüququ olan şəxslərin sayı beş və ya daha çox olduqda 1.15 əmsal tətbiq ediləcək, beşdən az olduqda isə əvvəlki kimi 1 əmsal qüvvədə qalacaq.
url:
http://kepezfm.az/xeberler/etibarnam%C9%99-al%C4%B1b-ver%C9%99nl%C9%99rin-n%C9%99z%C9%99rin%C9%99-yeni-qayda-q%C3%BCvv%C9%99y%C9%99-minir

