Estoniya səfiri Azərbaycanın Ukraynaya humanitar yardım etməsini yüksək qiymətləndirib
Estoniyanın Azərbaycana yeni təyin olunan səfiri Tiina Nirk Azərbaycanın Ukraynaya göstərdiyi humanitar yardımı yüksək qiymətləndirib.O, bunu Prezident İlham Əliyevin qəbulunda olarkən deyib. Səfir Azərbaycanın Orta Dəhlizdə mühüm mövqeyə malik olduğunu vurğulayıb. O, siyasi dialoq, biznes, informasiya texnologiyaları, logistika və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi üçün böyük potensialın olduğunu bildirib.Tiina Nirk təhsil sahəsində də əməkdaşlıq imkanlarına toxunub. Diplomat hazırda 200-ə yaxın azərbaycanlı tələbənin Estoniyada təhsil aldığını qeyd edib.
url:
http://kepezfm.az/xeberler/estoniya-s%C9%99firi-az%C9%99rbaycan%C4%B1n-ukraynaya-humanitar-yard%C4%B1m-etm%C9%99sini-y%C3%BCks%C9%99k-qiym%C9%99tl%C9%99ndirib

