Estoniya Azərbaycan və Ukrayna vətəndaşlarının olduğu gəmiyə hücumu pisləyib
Estoniya Rumıniya sahilləri yaxınlığında, göyərtəsində Azərbaycan və Ukrayna vətəndaşlarının olduğu ticarət gəmisinə PUA hücumunu pisləyib. Xarici işlər naziri Marqus Tsahkna "X" sosial şəbəkəsində hücumun beynəlxalq hüququ pozduğunu bildirib və həlak olan şəxsin ailəsinə başsağlığı verib.Qeyd edək ki, Komor adalarının bayrağı altında üzən “Xorev” gəmisi Qara dənizdə PUA zərbəsindən sonra batıb. Göyərtədəki 13 nəfərdən 9-u xilas edilib, bir nəfərin meyiti tapılıb, üç nəfər isə itkin düşüb. Axtarış-xilasetmə əməliyyatları davam edir.
url:
http://kepezfm.az/xeberler/estoniya-az%C9%99rbaycan-v%C9%99-ukrayna-v%C9%99t%C9%99nda%C5%9Flar%C4%B1n%C4%B1n-oldu%C4%9Fu-g%C9%99miy%C9%99-h%C3%BCcumu-pisl%C9%99yib

