Ermənistanda saxlanılan Azərbaycan Ordusunun hərbçisi həbs edilib

Ermənistanda saxlanılan Azərbaycan Ordusunun hərbçisi Nəsimi Musayev həbs edilib. Ermənistan mediasının xəbərinə görə, məhkəmə istintaqın vəsatətini təmin edib, Nəsimi Musayev barəsində iki aylıq həbs qətimkan tədbiri seçilib.Ötən gün Baş Prokurorluğun Mətbuat xidmətinin yaydığı məlumata görə, Laçın rayonu istiqamətində yerləşən hərbi hissələrdən birində müddətli həqiqi hərbi xidmət keçən Musayev Nəsimi Rasim oğlunun itkin düşməsi barədə məlumatlar yayılıb. 26 sentyabr 2026-cı il tarixində Nəsimi Musayevin xidmət yerində olmaması və olduğu yerin müəyyən edilməməsi ilə əlaqədar onun axtarışına başlanılıb, Müdafiə Nazirliyi və Fövqəladə Hallar Nazirliyinin aidiyyəti qüvvələri tərəfindən zəruri axtarış tədbirləri həyata keçirilib və araşdırma nəticəsində Nəsimi Musayevin hərbi hissəni özbaşına tərk etməsinə əsaslı şübhələr müəyyən edilib.

url: 
http://kepezfm.az/xeberler/erm%C9%99nistanda-saxlan%C4%B1lan-az%C9%99rbaycan-ordusunun-h%C9%99rb%C3%A7isi-h%C9%99bs-edilib
KƏPƏZFM
Dinlə, Hiss et, Arzula!
Canlı Yayım
Səsin gücü
Digər
KƏPƏZFM
Sayta keçid
İndi Yayımda:
...
...
Playlist Tam playlist
Digər
Əsas Yayım
KƏPƏZFM
Dinlə, Hiss et, Arzula!
Əsas Yayım
TOP 20
KƏPƏZFM / TOP 20
Dinlə, Hiss et, Arzula!
TOP 20
Milli 20-lik
KƏPƏZFM / Milli 20-lik
Dinlə, Hiss et, Arzula!
Milli 20-lik