Ermənistan parlamenti Azərbaycanla sülhün bərqərar olması haqqında bəyanatı təsdiq edib
Ermənistan parlamenti “Ermənistanla Azərbaycan arasında sülhün bərqərar olması haqqında” bəyanat layihəsini təsdiq edib. Bəyanat avqustun 8-də Vaşinqtonda Azərbaycan, Ermənistan və ABŞ liderləri tərəfindən imzalanmış sənədlərin əsas tezislərini əks etdirir. Parlament hər iki ölkənin ictimaiyyətini və siyasi ekspertlərini münaqişəni qızışdıran hərəkətlərdən çəkinməyə çağırır.
url:
http://kepezfm.az/xeberler/erm%C9%99nistan-parlamenti-az%C9%99rbaycanla-s%C3%BClh%C3%BCn-b%C9%99rq%C9%99rar-olmas%C4%B1-haqq%C4%B1nda-b%C9%99yanat%C4%B1-t%C9%99sdiq-edib