Ermənistanın Bərdənin Qarayusifli kəndində törətdiyi terrordan 5 il ötür
İkinci Qarabağ müharibəsi dövründə Bərdənin Ermənistan tərəfindən növbəti dəfə raket hücumuna məruz qalmasından beş il ötür. 2020-ci il oktyabrın 27-də cəbhə zonasından kənarda yerləşən Bərdənin Qarayusifli kəndinin "Smerç" raketləri ilə atəşə tutulması nəticəsində 5 dinc sakin şəhid olub, 13 nəfər isə xəsarət alıb. Raket atəşi nəticəsində bir neçə yaşayış evi tamamilə dağılıb. Bərdə İkinci Qarabağ müharibəsi dövründə ümumilikdə 3 dəfə 5, 27 və 28 oktyabrda Ermənistan tərəfindən raket və ağır artilleriya hücumlarına məruz qalıb. 29 nəfər şəhid olub, 112 nəfər yaralanıb, mülki infrastruktur obyektlərinə, nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib.
url:
http://kepezfm.az/xeberler/erm%C9%99nistan%C4%B1n-b%C9%99rd%C9%99nin-qarayusifli-k%C9%99ndind%C9%99-t%C3%B6r%C9%99tdiyi-terrordan-5-il-%C3%B6t%C3%BCr

